111 yaşlı kişi uzunömürlülüyün sirrini açıqladı – Sən demə bu qidada imiş...

111 yaşlı kişi uzunömürlülüyün sirrini açıqladı – Sən demə bu qidada imiş...
Avstraliyanın ən yaşlı insanı Dexter Kruqer 111 il yaşamasının sirrini açıqlayıb.
 
Sfera.az xəbər verir ki, təqaüddə olan fermer D. Kruqeri uzunömürlülüyün sirrinin mütəmadi olaraq toyuq beyni yeməkdə olduğunu bildirib. 

D. Kruqerin 74 yaşlı oğlu Qreq isə atasının uzunömürlü olmasında onun şəhərdən kənarda yaşamasının mühüm rol oynadığını söyləyib.

Onun yaşadığı qocalar evinin rəhbəri Melani Kalvert isə Kruqerin 111 yaşlı insan üçün inanılmaz yaddaşa sahib olduğunu bildirərək onun bu günlərdə öz tərcümeyi-halını yazdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Avstraliyanın ən yaşlı insanı Kristina Kuk 2002-ci ildə 114 yaşında vəfat edib.

İnci 
Sfera.az


OXŞAR XƏBƏRLƏR