110 saylı Zaqatala seçki dairəsində LƏĞV QƏRARI

110 saylı Zaqatala seçki dairəsində LƏĞV QƏRARI

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki dairəsindən Nurlana Cəlil və Fariz Həsənlinin müraciətinə baxılıb. 

APA-nın xəbərinə görə, bu barədə MSK üzvü Bəxşeyş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, müraciətlər eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: "Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanıb. 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”. 

 

MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, həmin dairə üzrə 24 saylı seçki məntəqəsində də seçki günü qanun pozuntuları aşkarlanıb: "Ona görə də təklif edirəm ki, həmin məntəqədə də səsvermənin nəticələri etibarsız sayılsın”. 

MSK müraciəti müzakirəyə çıxarıb və 24 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...