100 mindən artıq insanın həyatı təhlükədədir - AZƏRBAYCANDA

100 mindən artıq insanın həyatı təhlükədədir - AZƏRBAYCANDA

Bakı və Abşeronu nəzərə almasaq, ölkə ərazisində 100 mindən çox əhalisi olan 350-360 yaşayış məntəqəsi sürüşmə təhlükəli zonada yerləşib.

 

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

 

Onun sözlərinə görə, respublika ərazisinin 24-25%-i  sürüşmə təhlükəli zonadır.

 

"Ərazimiz tarixən sürüşmə zonası sayılsa da, onların miqyas və ölçülərinin artmasının bir səbəbi antropogen təsirlərlə bağlıdır. Bu, əsasən Bakı və onun ətraf ərazilərinə aiddir. Bakıda kanalizasiya və su kəmərlərinin bəzi sahələrdə köhnə olması səbəbindən onlardan sızan sular sürüşmə sahələrini aktivləşdirir. Masazır və Bakının digər qəsəbələrində, həmçinin Badamdarda kanalizasiya sisteminin olmaması, şambalardan istifadə olunması nəticəsində kanalizasiya suyu birbaşa qurunta ötürülür. Nəticədə, süxurlarda ilişkənlik azalır, yamacboyu aşağı hərəkət edir. Şəhərdə kanalizasiya sisteminin axıntıların qarşısını almaq üçün işlər görülsə də, proses başa çatmayıb”.

 

E.Əlizadə bildirib ki, bu  gün paytaxtda sürüşmə sahələrinin aktivləşməsi 30-40%-i məhz antropogen amillərlə bağlıdır.

"İnsan təsiri olmasa, yamaclarda istinad divarları çəksək, suvarmanın həddini keçməsək və yaşıllaşdırma işləri aparsaq, sürüşmə meyilli əraziyə əlavə rütubət gətirməsək, genişlənmənin qarşısını ala bilərik. Bayılda, Zığda, Masazırda, Günəşlidə kərpic zavodunun yanındakı yolda, Masallı və Lənkərandakı ərazilərdə sürüşmənin səbəbi də insan amilidir.

Lənkəran və Kiçik Qafqaz zonası klassik sürüşmə zonaları deyil. Həmin ərazilərdə sürüşmə sahələrinin artması aparılan tikinti işləri, yamacların həddən artıq kəsilməsi, suvarılma ilə bağlıdır”.

 

E.Əlizadə Azərbaycan ərazisində son dövrlərdə intensiv yağan yağışlar və qar nəticəsində kifayət qədər çox rütubət toplandığını deyib.

 

"Temperaturun artması, qar örtüyünün intensiv əriməsi sürüşmə təhlükəli yamaclarda süxurların rütubətlə dolmasına səbəb olub. Nəticədə, süxurlar arasında ilişkənlik qabiliyyəti xeyli azalıb. Ölkə ərazisində mövcud potensial sürüşmə sahələrində - Böyük Qafqazın cənub-şərq yamacında, yəni Qobustan, İsmayıllı, Şamaxı və Ağsu aşırımında nisbi fəallaşma müşahidə olunur”.

 

Onun sözlərinə görə, sürüşmə zonalarının aktivləşməsi ilə yanaşı, yeni sürüşmə sahələri də yaranıb:

 

"Xüsusən yol kənarlarında, Muğanlı-Ağsu çay dərəsində, dağlıq ərazilərdəki sürüşmələr daha çox aktivləşib. Hətta sürüşməyə meyilli yeni ərazilər yaranıb. Ağsu dolaylarında da vəziyyət nisbətən gərgin olaraq qalır. Əvvəllər sürüşmənin nisbətən az müşahidə olunduğu Kiçik Qafqazın şimal-şərq yamacında, yəni Gədəbəy, Daşkəsən, Göygöl və Goranboy rayonları ərazisində çay dərələrində və ona yaxın ərazilərdə mövcud sürüşmə sahələri ilə yanaşı, yeni yaranmış sürüşmə sahələrində də aktivlik müşahidə olunur.

 

Lənkəran zonasında sürüşmə sahələri fəallaşıb. Belə ki, əvvəllər yalnız Lənkəran-Lerik rayonları arasındakı yolun müəyyən sahələrində sürüşmə müşahidə edilirdi. Yolun təsiri nəticəsində yamacların kəsilməsi və dikliyin artması ilə sürüşmə sahələri artıb. Son dövrlər Masallı rayonunda və Yardımlı çökəkliyində yeni sürüşmə sahələri yaranmaqdadır. Sürüşmə sahələrinin intensivliyi Qusar, Şabran, Siyəzəndə, Xızı rayonlarında, qismən də Quba rayonunda Vəlvələ çökəkliyində sürüşmə sahələrinin fəallaşması müşahidə edilir.

Bakıda ən fəal sürüşmə sahəsi Zığdır, orada artıq süxurların dəyişməsi adi gözlə də müşahidə olunur. Təhlükə hər gün artmaqdadır. Nisbi fəallaşma Bayıl amfiteatrında, xüsusilə Şəhidlər Xiyabanı ilə teleteatr arasında, Badamdar yamacında da müşahidə olunur. Yollarda əmələ gələn çatlar gərginliyin artdığını göstərir. Ümumiyyətlə, respublika ərazisində sürüşmə sahələrində nisbi fəallaşma müşahidə edilir. Hələ ki, böyük gərginlik yoxdur, lakin fəslin dəyişməsi, yaz yağışları sürüşmə təhlükəli ərazilərdə fəallığı artıracaq. Nəzərə almalıyıq ki, əriyən qar süxurları doldurub”.


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...