100 kiloqram arıqlayan aktyor başqa birinə \"ÇEVRİLDİ\" - FOTO
Rusiyalı aktyor Aleksandr Semçev 100 kiloqram arıqlayıb.
Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, 50 yaşlı aktyorun sürətlə çəki atması onun səhhətində bəzi problemlər yaradıb.
"Etiraf etməliyəm ki, səhhətimdə problemlər başladı. Bu, məni narahat edir", - o, açıqlamasında bildirib.
Semçevdə qəfil başgicəllənmə və ürək bulanmaları yaranıb. Qan təzyiqi isə düşməyə başlayıb.
Bundan əlavə, Semçev cərrahın bıçağı altına da yatmalı olub. Aleksandr, üzündəki sallanan dərini əməliyyat vasitəsi ilə yığıb.
Belə problemlərə səbəb aktyorun həkim məsləhəti olmadan kortəbii arıqlaması olub.
"İnternetdə tapdığım bir qida rejimi ilə arıqladım. Qabımı üç hissəyə bölürdüm. Həkimlərlə məsləhətləşmədim, heç bir müayinədən də keçmədim",- Semçev etiraf edib.
Bunlara baxmayaraq, aktyor görünüşünün dəyişdiyinə görə peşman deyil. Bu, aktyora karyerasında daha irəliyə getməyə imkan verib.
"Hazırda 3 filmdə çəkilirəm. Bunların hər biri fərqli obrazlardır", - Aleksandr öyünüb.
Qeyd edək ki, aktyor 23 yaşında çəki almağa başlayıb. 50 yaşında sənətçi 200 kiloqram ağırlığında idi. Lakin 2019-cu ilin payızında o, tamaşaçıların qarşısına başqa biri olaraq çıxıb.
Semçev açıqlamasında 100 kiloqrama qədər çəki itirdiyini bildirib.