10 yaşlı Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir

10 yaşlı Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir

Tovuz rayonu Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun vəkilləri müvəkkilləri ilə bağlı məhkəmə tibbi ekspertizasının təyin olunması xahişi ilə Azərbaycan Baş Prokurorluğuna müraciət ediblər.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a vəkillər özləri məlumat verib.

Bu günə qədər təqsirləndirilən şəxsin üç vəkili var: Gəncə bürosunu təmsil edən Zabil Qəhrəmanov, Vəkillər Kollegiyasının Bakı bürosundan Əlibaba Rzayev və Murtuzəli Abbasov.

 

Müdafiəçilərin sözlərinə görə, istintaq hələ də onlara İ.Süleymanovla görüşmək imkanı verməyib. Onunla yeganə qısa görüş yanvarın 24-də Sabunçu Rayon Məhkəməsində baş tutub, hansı ki oradaTovuz Rayon Məhkəməsinin məhbus barəsində verilmiş həbs-qətimkan tədbiri barədə qərarı ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Bu görüş zamanı İ.Süleymanov vəkillərə qızın qətlində günahkar olmadığını və bütün etirafları fiziki təzyiq və işgəncə altında etdiyini bildirib. Bundan başqa, o, vəkillərə həbs edildikdən sonra ona yetirilən xəsarətlərin izlərini göstərib. Bununla əlaqədar olaraq vəkillər məhkəmə ekspertizasının aparılması üçün vəsatət qaldırıblar.

Baş Prokurorluğun şübhəli şəxsə qarşı zorakılıq tətbiq edilməsi barədə məlumatı təkzib edən rəsmi ifadəsini vəkillər vaxtından əvvəl verilən ifadə olaraq adlandırıblar.

"Məhkəmə Baş Prokurorluğa da eyni məktub göndərdi və indi bundan sonrakı hərəkətlərimizi müəyyənləşdirəcək cavab gözləyirik. İndi dediklərimiz istintaqın gedişinə mane ola bilər”, - deyə vəkillər bildirib.

Əlibaba Rzayev İ.Süleymanovun ruhi vəziyyətinin normal olduğunu deyib.

Qeyd edək ki, İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci bəndi (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz həbs) maddəsi ilə ittiham olunur.

Nərmin Quliyeva 21 noyabrda, saat 15:00 radələrində qonşularında toy şənliyi keçirilən zaman qaçırılıb. Yanvarın 6-da o, yaşadığı evin yaxınlığında yanmış halda ölü tapılıb. Qızın cəsədinin tapılması barədə qonşulara və polisə ilk məlumatı İ.Süleymanov verib.


OXŞAR XƏBƏRLƏR

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...