No Image
No Image

10 Noyabr Bəyanatını fərqli qələmə vermək istəyənlərə İlham Əliyevdən CAVAB: "Açsınlar gözlərini baxsınlar..."

10 Noyabr Bəyanatını fərqli qələmə vermək istəyənlərə İlham Əliyevdən CAVAB:
"Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır"
 
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) müsahibəsində deyib.

Ölkə başçısı vurğulayıb ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur:
 
"Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər.

Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, - bilmirəm nəyə görə, - ölkələr bunu nəzərə alsınlar".

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İbrahim Rəisinin Azərbaycanla bağlı yadda qaldığı məqam varmı?

"İndiyə kimi İbrahim Rəisi Azərbaycan Respublikası ilə bağlı elə bir ciddi açıqlama verməyib. İbrahim Rəisinin prezident seçilib-seçilməyəcəyindən asılı olmayar...

Ceyhun Bayramov: "Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur"

"Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur". Sfera.az xəbər ver...

"Ermənistanda seçkilərin ikinci turu keçirilə bilər" - Bu baş verərsə...

Sabah Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.   "Gallup”un son sorğusunda Ermənistanın eks-prezidenti Robert Köçaryan Baş nazir vəzi...

"Köçəryan seçilərsə, Xankəndidəki separatçıların təmizlənməsi uzanacaq" - Politoloq

"Paşinyan seçkilərdə qazanmaq üçün hər şeyi edəcək, amma istisna deyil ki, seçkidən sonra Köçəryan onu devirmək üçün "inqilaba”, yaxud fərqli metodlara əl atsın...

Türkiyə Prezidentinin sözçüsü Peskovun Azərbaycanla bağlı hədəsinə necə cavab verəcək? - ŞƏRH

"Türkiyə Azərbaycanda hərbi baza  yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq”.   Bunu ötən gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peksov Türk...

Ceyhun Bayramov Qvineya-Bisaunun XİN başçısı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qvineya-Bisau Respublikasının xarici işlər və icmalar naziri xanım Syuz...