10 min dollara qədər krediti olanlara — ŞAD XƏBƏR

10 min dollara qədər krediti olanlara — ŞAD XƏBƏR
"On min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər".
Sfera.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. R.Aslanlı bildirib ki, Milli Məclisdə bu məsələyə baxılmasından xəbərsizdir. "Ancaq palataya bu barədə müraciət daxil olsa bu məsələyə baxıla bilər". O həmçinin deyib ki, Azərbaycanda bəzi istisnalarla xarici valyutada kreditlərin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır. R.Aslanlının sözlərinə görə, İslam bankçılığının Azərbaycanda tətbiqinin mümkün olmaması ilə bağlı onun adından yayılmış fikirlər KİV-in özünə məxsusdur. Bununla yanaşı Palatanın başçısı ipoteka kreditləşməsi sahəsində yeniliklərin olacağını da vurğulayıb. O deyib ki, prezident İpoteka Fondunun yenidən formalaşması ilə bağlı xüsusi tapşırığı var və tezliklə qərar açıqlanacaq.
Ötən ay Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...

13 ümumtəhsil müəssisəsinin tikintisi davam etdirilir

"İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox uşağın təhsil aldığı 2 bağça fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bu barədə Məktəb...