“1-ci yarımildə Azərbaycan neftinin orta qiyməti 45 dollar ola bilər”

“1-ci yarımildə Azərbaycan neftinin orta qiyməti 45 dollar ola bilər”
 

Bu ilin II rübü üzrə Azərbaycan neftinin orta rüblük qiyməti təxminən 30 ABŞ dollarından bir qədər yüksək olacaq.

Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

"Aprel ayında Azərbaycan neftinin orta aylıq qiyməti təxminən 20 ABŞ dolları, may ayında 32 ABŞ dolları təşkil edib. Azərbaycan neftinin qiyməti iyun ayında 40 ABŞ dolları olarsa, onda II rüb üzrə orta qiymət 30 ABŞ dollarından bir qədər artıq olacaq.I rüb üzrə Azərbaycan neftinin orta qiyməti 59 ABŞ dolları təşkil edib.İlin I yarısı üzrə orta qiymət isə təxminən 45 ABŞ dolları olacaq”,- o qeyd edib.

Məlum olduğu kimi, iyunun 6-da Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.Bu qərar bazar üçün vacibdirmi? Bazara necə təsir edəcək?

Bu məsələ ilə bağlı İ. Şaban qeyd edib ki, OPEC+ ölkələrinin gündəlik neft hasilatının 9,7 mln. barel azaldılmasını bir ay da uzatması qərarı çox düzgün qərardır:"Əgər OPEC+ ölkələri bu addımı atmasa idi, iyul ayının 1-dən bazara 23 ölkə tərəfindən 2 mln. barel əlavə neft həcmləri çıxarılardı. Bu neft həcmləri bazara çıxarıldıqda o həcmlərə tələbat olmasa idi, yenidən neftin qiymətlərinin kifayət qədər aşağı düşməsini müşahidə edəcəkdik”.

Ekspert qeyd edib ki, OPEC-inbu addımı neftin bir barelinin qiymətlərinin 40 ABŞ dollarından yuxarı dəhlizində saxlanmasına kömək edir. O vurğulayıb ki, bunun nə qədər saxlanması isə yaxın gələcəkdə neft hasil edən ölkələrin atacağı addımlar, onların bazardan yığışdıracağı neft həcmləri dolğun statistikasından asılıdır:

"Məsələn, Nigeriya ilə bağlı üç statistik məlumat verilmişdi, ona görə dəinamsızlıq var idi.Bu səbəbdən OPEC-ın qəbul etdiyi qərara bir maddə də əlavə edildi. Bu qərara görə, kvotaya əməl edə bilməyən ölkələr növbəti iyul, avqust, hətta sentyabr aylarında azalmanı kompensasiya etməli olacaqlar. Bu baxımdan bu çox yaxşı qərardır. Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, neftin qiymətinin 40 ABŞ dollarından yuxarı həddi bütün proqnozlarda2020-ci ilin IV rübü və ya ilin sonunda göstərilirdi. Çox sevindirici haldır ki, iyun ayından 3-də dünya bazarında bu göstərici qeydə alındı”.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...