Maqazİn

Özünüz SOYUNURSUZ cəhənnəmə, üzümüzün abrını SOYUNDURMAYIN!

Özünüz SOYUNURSUZ cəhənnəmə, üzümüzün abrını SOYUNDURMAYIN!
Şakiradı, Şeron Stoundu, Monika Belluççidi və... Roza Zərgərlidi...

Şakiradı, Şeron Stoundu, Monika Belluççidi və... Roza Zərgərlidi, bunları soyundurmağa ehtiyac yoxdu! Özləri soyunurlar, soyuna bildikləri qədər - kinoda, səhnədə və.... çimərlikdə! Düzdü, Roza Zərgərli özünü onlarla bir sırada tutsa da, görsə də, ən azından soyunmaqda belə onlara hələ çatmayıb.

Şakiradı, Şeron Stoundu, Monika Belluççidi və... Roza Zərgərlidi, milyon dollarlıq maşınları, villaları, ölü yeri 200 min dollarlıq gündəlik işləri görmək üçün arabaları var və maraqlıdı ki, onların da hamısı bu pulu xalqın qabağında oxumağa və soyunmağa görə qazanıblar, Roza Zərgərli də. Düzdü, Roza Zərgərli hətta pulu, maşınları, villaları ilə Şakiraya, Şeron Stouna, Monika Belluççiyə tay olmasa da, özünü onlara tay tutsa da, ancaq onlar xalqın pullarından vergi verirlər, amma və lakin... Roza Zərgərlidən heç kim qəpik də ala bilməz! Onun verən əli yoxdu, daha doğrusu, onun əlindən mahnı oxumaq, sənətkarlıq gəlmədiyi kimi, bircə iş gəlir: üç ildən, beş ildən bir jurnalistləri məhkəməyə vermək!

Mən jurnalistikamızı bu günə qoyanları ona görə şiddətlə qınayıram ki, axırda bizi gətirib o yerə çıxardılar ki, hətta arada Roza Zərgərli də jurnalistləri məhkəməyə verməyə özündə cəsarət görür! "Xaişda" edirəm bu "hətta"nı aşağılama kimi saymayasınız, çünki Rozanı Roza edən "gözəlliyiylə" bərabər, HƏM DƏ jurnalistlərdi, səsi yox! 

Bu ölkənin Prezidenti, nazirləri, oliqarxları, gömrük generalları, hətta Rövnəq Abdullayev jurnalistləri məhkəməyə vermir, amma bu xanım verib! Verir, verə-verə gedir və unudur ki, ölkədə jurnalist tutdurmaq şərəfi bu ölkədə Cavanşir Paşazadə və bir də Gülər Əhmədovada(y)dı!
Kimə, nəyə, hara deyirsiniz and içim, mən özüm də gözəl bilirəm, həm də onu da bilirəm ki, dostlar da məni qınayacaq ki, a kişi, nəvə oynadan vaxtındı, sənə Roza Zərgərlidən yazmaq yaraşır?

Burası doğru, amma... axı... ancaq... burası da doğru ki, mən Müslüm Maqomayev, Flora Kərimova, Fərqanə Mehdiyeva, Ququş, day bəd ayaqda Uitni Hyüston düşünən adam olsam da, Roza Zərgərlini önəmsəməmək durumuna düşmüşük!

Qoy bunu deyim, yaddan çıxmasın, sonra qayıdarıq bu söhbətə. O ki əvvəldə dedim e, xalqdan qazanırlar Şakira da, Şeron Stoun da, Monika Belluççi də. Hə, onlar da verir... vergi! Amma və lakin Roza Zərgərli birbaşa xalqdan almır - mən hələ də eşitməmişəm ki, bu adamın konsertində anşlaq olsun, biletlər sıra üzrə 100 manatdan 1000 manatacan olsun. Ola bilər ki, kimsə xalqdan onun malik olduğu sərvətin pulunu elə 100 manatdan tutmuş 1000 manatacan yığsın konsert biletinin qiyməti olaraq, ancaq ona birdəfəlik versin. Odur Mikayıl müəllim Cabbarov bilməyə bilər nə qədər qazancından vergi tutsun Roza xanımın. Bir də deməklə deyil ki, sponsorum yoxdu!


Bax, mən nə oxuyuram, nə soyunuram, heç işləmirəm də, amma hər ay ev pulu verirəm, siqaret alıram, həftədə olmasa da, ayda iki gün dalbadal eşşək qədər içirəm, indi nə deyim? Deyim sponsorum yoxdu? Sadəcə, mənim sənətimə verilən dəyərlə Roza Zərgərlinin sənətinə verilən dəyər fərqlidi - onda oxuma, çalma, oynama və dar, açıq geyinmə, üstəlik də soyunma var - instagramda, studiyada, çimərlikdə.

Biz elə müğənnilərin oxumağına qulaq asıb böyümüşük ki, onlarla bir oxumuşuq, onlarla bir nəfəs almışıq, onların oxumağı bizi "soyundurub" - varımızdan yox edib yəni, ruhumuz çılpaqlaşıb! Ancaq Roza Zərgərlinin oxumağından çox soyunmağını görürük deyənə, onun soyunmağı bizi oxudur: "hara ceyranıdı" və yaxud da "ay nənön ölsün, sarı gəlin", lap elə... "o yana gedir, bu yana gedir"...

Allah evinizi tiksin, bizimlə qəsdi-qərəziniz var?

Roza Zərgərli nə vaxtdan Nadir Qafarzdə olub dövlət tədbirlərində pulsuz iştirak elədi, evdə dədəsinin yox, Ulu Öndərin şəklini asdı, bunu nəyin davasını çıxarmağa buraxıbsınız ortaya?

Yoxsa Şakiradı, Şeron Stoundu, Monika Belluççidi, onlara yandı-qırışdımı verirsiniz ayə?

Sosial şəbəkələrdə ha axtardım, bu qızın dişə dəyəsi bir mahnısına rast gəlmədim! Elə orda dar geyindi od qoydu, burda soyundu dəli elədi, filankəsə elə cavab verdi, bəhmənkəsi belə susdurdu... altından da şərhlər yazırlar ki, kişi olun, Azərbaycan qadınıdı, artıq-əskik yazmayın!

A kişi, Azərbaycan qadını nə vaxt ortaya soyunmaqla çıxıb?

A kişi, azərbaycanlı - kişili-qadınlı yuxarıdan bir az yuxarı, aşağıdan bir az aşağı geyinib ortaya çıxan qadını haçan alqışla qarşılayıb?

Azərbaycan qadını da ortaya çıxanda bir az kişi kimi çıxmalıdı da!

Qloballaşma, inteqrasiya budu anlamınızda?

Mən bu yazını bir səbəbdən yazdım: Elçin Əlibəylinin şou kişilənməyi (şou-men) üçün "maral"ın biri də gəlir!

İnsafınız olsun, bütün parametrləri ilə cazibədar olan bu gözəli "toy toğlusu"na döndərib "maral" və Maral eləməyin! Başa salın ki, hər yerdən yığışsın, öz yerinə getsin!

Şakiradı, Şeron Stoundu, Monika Belluççidi, onları və yollarını apar qaytar... Leyla Bədirbəyli, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, lap belə bəd ayaqda İlhamə Quliyeva nümunəsi var! Şakiradan, Şeron Stoundan, Monika Belluççidən sponsorları, eeee, fanatları və var-dövlətləri əskik olmayıb!

Üzümüzün abrını soyundurmayın!

A.Məmmədoğlu
Miq.az

AdRiver
loading...

XƏBƏR LENTİ