Maqazİn

Özündən çox divardakı saatı müzakirə olundu

Özündən çox divardakı saatı müzakirə olundu

Avstraliyanın tanınmış modeli Emili Hembrounun İnstaqram hesabındakı son paylaşımı geniş müzakirəyə səbəb olub.

"Qafqazinfo” xəbər verir ki, övladı ilə fotosunu paylaşan 27 yaşlı ana gözləmədiyi reaksiya ilə üzləşib. Belə ki, şəklin çəkildiyi otaqda saatın əyri asılması izləyicilərin gözündən qaçmayıb.

Modelin fanatları onun paylaşımına "Sən heyranedicisən, amma... Saat niyə baş-ayaq asılıb?”, "Sənin saatına nə olub?”, "Emili, saat neçədir?” və s. şərhlər yazıb.

Bir neçə dəqiqədən sonra izləyicilərinə cavab verən Emili saatın hansı səbəbdən əyri asılmasından xəbərsiz olduğunu deyib. Kiçik araşdırmadan sonra bəlli olub ki, doğrudan da, modelin bundan əvvəlki paylaşımlarında saat əyri olmayıb. Fanatların bir qismi kiminsə modellə zarafat etdiyini, digər qismi isə onun rum rəqəmlərindən anlayışı olmadığını düşünüb.  

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031