Özündən 7 yaş kiçik şəxsə ərə gedən Elnarə: \"Peyğəmbərdən artıq deyilik ki ...\"

Özündən 7 yaş kiçik şəxsə ərə gedən Elnarə: \
"Mənimlə Elxanın arasında 3-4 yaş fərq ola bilər"


Sfera.az bildirir ki, bu sözləri ölke.az-a müsahibəsində tanınmış xanəndə, əməkdar artist Elnarə Abdullayeva deyib. Şəxsi həyatı haqqında danışan ifaçının müsahibəsindən kiçik bir hissəni təqdim edirik: 

- Sosial şəbəkələrdə həyat yoldaşınızın sizdən 7 yaş kiçik olduğu... (Sözümü kəsir)

- İnsanları yaş fərqinə görə qınamaq doğru deyil. Mənimlə Elxanın arasında (həyat yoldaşı) 3-4 yaş fərq ola bilər. İnan ki, 15 yaş da fərq olsaydı, bunu normal qəbul edərdim. Çünki nə mən Xədicə anamızdan, nə də Elxan Peyğəmbərimizdən artıq deyilik. Odur ki, hansı yaşda ailə qurursan, qur, qadın əxlaqını, namusunu qorumalıdır. Əvvəl hamı deyirdi ki, bu gün varıq, sabah yoxuq. Amma mən deyirəm ki, bu gün varıq, bu gün olmaya da bilərik. Həyatda hər şey boşdur.


- Belə düşüncənizə görə həmkarlarınız tərəfindən qınandığınız hallar olurmu?


- Mənim üçün heç kimin fikri, düşüncəsi maraqlı deyil. Mənim bir düşüncəm var. Elnarə, əxlaqlı, vicdanlı olacaqsan, millətə, xalqa can yandıracaqsan, hər kəsə evindəkilər kimi hörmətlə yanaşacaqsan. Mən inanıram və dərk edirəm ki, hər şey gəldi gedərdi. Hər şeydən ötrü cavab verəcəyik. Bu qalmaqallar bizə lazımdırmı? Bir tikə çörəyimizi qazanaq, sakit yaşayaq, ölüb gedək də.
 
 



OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...