Zülfiyyə küsülü olduğu Aygündən nələr dedi, nələr danışdı - İlk dəfə - VİDEO

Zülfiyyə küsülü olduğu Aygündən nələr dedi, nələr danışdı - İlk dəfə - VİDEO
"ATV" kanalında yayımlanan və tamaşaçılar tərəfindən səbirsizliklə gözlənilən "5-ci element" verilişinin dünənki qonağı xalq artisti Zülfiyyə Xanbabayeva olub.

BiG.AZ xəbər verir ki, aparıcı Ranar Musayev Z.Xanbabayevaya üzünü tutaraq onu ilk dəfə Sara televiziyasında fərqli imicdə, daha çox şıltaq xanım obrazında gördüyünü deyib. Z.Xanbabayeva isə bildirib ki, o vaxtdan sonra xeyli dəyişib:

"Vay o gündən ki, özünə efirdə baxasan, səhvlərini görəsən və müdrikləşməyəsən. Hərdən verilişlərə baxanda, özümü göstərəndə deyirəm ki, söndürün. Mimikalarımı da bəyənmədiyim hallar olur". 

R.Musayev bildirib ki, bəlkə də xalq artisti Aygün Kazımova verilişdə şıltaqlıq etdiyi üçün siz də onun ab-havasında idiniz. İndi münasibətlər necədir? sualına Z.Xanbabayeva belə cavab verib:

"Soyuqluq var. Amma əvvəllər Aygünlə çox gözəl münasibətlərimiz olub. Sadəcə Aygün məni başa düşmədi. Mən müsahibə vermişdim, Aygünə o müsahibəni başqa cür çatdırdılar. O da məsələni çox şişirtdi və mən incidim. Amma mənə elə gəlir ki, bu soyuqluq nə vaxtsa bitəcək. Çünki Aygünə qarşı kinim-kidurətim yoxdur. Sadəcə olaraq arada incikliyim var. Mən çox incidim. Çox maraqlıdır, telefon deyilən bir şey var. Əgər sözün varsa, zəng vur de ki, sən mənim haqqımda belə demisən ya yox. Problemi yerindəcə həll etmək lazımdır. Brilliant Dadaşova ilə də aramızda inciklik olub. Heç görün bilən var? ".
 


OXŞAR XƏBƏRLƏR