İdman

Zlatan İbrahimoviç Avstraliya klubundan təklif alıb

Zlatan İbrahimoviç Avstraliya klubundan təklif alıb
 

ABŞ-ın "Los-Anceles Qelaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç Avstraliya təmsilçisi "Pert Qlori”dən təklif alıb.

Sfera.az  xəbər verir ki, məlumatı 38 yaşlı hücumçunun meneceri Mino Rayola da təsdiqləyib. İsveçrəli forvardın hazırkı klubu ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatır.

Qeyd edək ki, İbrahimoviç ötən il transfer olunduğu "Los-Anceles Qelaksi”nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib. O, daha öncə vətənində "Malmö”, Niderlandın "Ayaks”, İtaliyanın "Yuventus”, "İnter”, "Milan”, İspaniyanın "Barselona”, Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted” komandalarının formasını geyinib. 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930