Ziyafət Əsgərov: \"Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir\"
18:31 / 20.02.2018
770
"Azərbaycanda seçki ilə bağlı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir".
Sfera.az bildirir ki, bunu Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
"Ümumilikdə, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir. Buna görə heç kim narahat olmamalıdır”, - deyə o vurğulayıb.
Z. Əsgərov Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bağlı sualı da cavablandırıb: "Azərbaycan parlamenti tərəfindən artıq bütün parlament təşkilatlarını prezident seçkilərini müşahidə etmək üçün müraciətlər göndərilib. Eyni zamanda digər dövlət orqanlarımız, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası tərəfindən qeyri-parlament təşkilatlarına müraciətlər göndərilib və onların ilkin razılığı alınıb. Hesab edirəm ki, kifayət qədər beynəlxalq təşkilat prezident seçkilərini izləyəcək. Onların iştirakı ilə bağlı heç bir problem görmürəm".(APA)