Ziyad Səmədzadənin dairəsindən yeni görüntülər yayıldı – Video

Ziyad Səmədzadənin dairəsindən yeni görüntülər yayıldı – Video

23 saylı Nəsimi-Səbail seçki dairəsində baş verən qanun pozuntuları ilə bağlı yeni videolar yayılıb.

Sfera.az xəbər verir ki, videolar 4, 29, 12 və 21 saylı məntəqələrdə çəkilib.

4 saylı məntəqədə seçicilərdən birinin komissiya üzvləri ilə söhbətindən aydın olur ki, büdcə təşkilatları, xüsusilə müəllimlər Ziyad Səmədzadənin xeyrinə prosesə cəlb olunub. "Qapının ağzında 15 saylı məktəbin iki müəllimi dedi ki, Ziyad Səmədzadəni seçdik", - deyə vətəndaş komissiya üzvlərinə deyir və narazılığını bildirir.

 

29 saylı məntəqədə isə sədr səslərin sayılmasının şəffaflığını təmin etmir. Müşahidəçilər səslərin sayılmasına nəzarət etmək istəsələr də, məntəqə sədri onların hüquqlarını pozaraq buna imkan vermir.

12 saylı məntəqədə isə səslər sayılarkən bülletenlərin əvvəlcə 145 olsa da, komissiya üzvləri 205 bülletenin olduğunu iddia edir. Müşahidəçilər yenidən saymağı təklif etsələr də, komissiya üzvləri bundan yayınır.

21 saylı məntəqədə isə sədr kabinetinə girərək qapını bağlayır və protokolları vermək istəmir. Müşahidəçilərin etirazlarından sonra kabinetdən çıxan məntəqə sədri protokolları təqdim edəcəyini deyir. Eyni zamanda məlum olur ki, sədr səslərin sayını elan etməyib. Müşahidəçilər bunu onun diqqətinə çatdırdıqda isə "elan etmişəm, çıxdılar getdilər" deyir. Lakin müşahidəçilər onun yalan danışdığını, səslərin heç kəsə elan edilmədiyini bildirir.

Bundan sonra məntəqə sədri protokolları gətirmək adı ilə yenidən kabinetinə girir.

23 saylı Nəsimi-Səbail seçki dairəsinin favoriti "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə hesab edilsə də, Mərkəzi Seçki Komissiyası (MSK) Ziyad Səmədzadəni qalib elan edib. Ziyad Səmədzadə üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır.(yeni sabah)

P

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...