Ziya Məmmədovun villasındakı yanğınla bağlı təfərrüatlar - VIDEO

Ziya Məmmədovun villasındakı yanğınla bağlı təfərrüatlar - VIDEO
İsmayıllının Buynuz kəndində sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus bağ evində baş verən yanğının ilkin səbəbləri məlum olub.

Sfera.az bildirir ki, bu barədə kəndin icra nümayəndəsi Gülzar Şirəliyeva AzVision.az-a məlumat verib.
 
O, bildirib ki, yanğına evi isitmək üçün istifadə olunan soba səbəb olub.

İcra nümayəndəsinin sözlərinə görə, yanğın olan evdə gözətçi qalırmış: "Yanan evdə Ziya Məmmədovun bağına baxan gözətçi qalırdı. Sabiq nazirin kəndə gələndə qaldığı ev həmin həyətdə bir qədər aralıdadır. Yanan ev gözətçi üçün nəzərdə tutulmuşdu. Məndə olan məluma görə, evə quraşdırılan soba işıqla işləyib. Elektrik enerjisi kəsildiyindən sobada odun yandırıblar. Sobadan çıxan qığılcım evi yandırıb. Ev taxtadan hazırlandığından tamamilə yanıb, içəridən heç nə çıxarmaq olmayıb” 

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllının Buynuz kəndində ümumi sahəsi 144 kvadratmetr olan 3 otaqlı evdə yanğın baş verib. Evin sabiq nəqliyyat naziri Ziya məmmədova məxsus olduğu üzə çıxıb.
 
 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...