Ziya Məmmədovun bacısı valideynlərin pulunu qaytaracaq?

Ziya Məmmədovun bacısı valideynlərin pulunu qaytaracaq?

"Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın Bakı Tikiş Evinin 40 manata satdığı məktəbli formalarını 120 manata liseyin şagirdlərinə zorla satdırması hələ də gündəm mövzusudur.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı olan liseyin direktoru M.Məmmədovanın məhz bu əməlinə görə Təhsil Nazirliyi tərəfindən yoxlamalara başlanıldığı və onun işdən uzaqlaşdırıldığı bildirilsə də, valideynlərin pulu hələ qaytarılmayıb. Maraqlıdır, 120 manata məktəbli forması almağa məcbur edilən valideynlərə artıq ödədikləri məbləğ geri qaytaracaqmı?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələdən məlumatsız olduğunu bildirib: "Bu barədə məlumatım yoxdur”.

Qeyd edək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən kənarlaşdırılıb. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir. Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi isə BTE tərəfindən tikilən və 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata zorla satdırdığı barədə şikayətlərin olduğu göstərilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...