Ziya Bünyadov prospektində qəza tıxaca səbəb oldu - VİDEO
19:26 / 17.05.2019
2482
Bir az əvvəl 18:26 radələrində Ziya Bünyadov prospektində Koroğlu metrostansiyasına gedən istiqamətdə 99 LD 949 dövlət qeydiyyat nişanlı "Isuzu" markalı yük avtomobili aşıb.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində yolda hərəkət demək olar ki, tam dayanıb. Hadisə yerinə DYP əməkdaşları və evakuator gəlib. Sürücülərə yaxın bir saat ərzində o yola girməmələrini tövsiyə edirik.