Zinger tikiş maşınlarının sirri

Zinger tikiş maşınlarının sirri

Zinger tarixi

1851-ci il 12 avqust tarixində amerikalı mühəndis və sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Etibarlı konstruksiya və təkmilləşdirilmiş mexanizminə görə bu tikiş maşınları tezliklə populyarlaşdı, lakin şirkətin uğurunun böyük bir hissəsi İsaak Zingerin istedadına əsaslanırdı. Beləki, onun effektiv marketinq qərarları və addımları milyonlarla ailəni tikiş maşınının zəruriliyinə inandırmışdır.

Tikiş maşının satışa çıxarılan ilk nümunəsi 100 dollar qiymətində dəyərləndirilmişdir, lakin həmin dövr üçün çox az adam tikiş maşınının faydalılığını zəruri bilirdi. Beləki, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əməkdən istifadə etmək daha əlverişli idi.

Əhalidə tələbi formalaşdırmaq üçün prinsipial yenilik lazım idi. Buna görə də İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. Beləki, İsaak Zinger müşahidə etmişdir ki, həmin dövr üçün spesifik olan bütün texnoloji məhsullarda nasazlıq baş verəndə onları ev şəraitində təmir etmək mümkün olmurdu. Buna görə də əhali ən yaxşı halda ustaya müraciət edirdi, pis halda isə məhsulu zibil yeşiyinə atmalı olurdu. Situasiyadan mahircəsinə yol tapan və bundan faydalanan İsaak Zinger tikiş maşınının ehtiyat hissələrini ayrılıqda istehsal edib satışa buraxdı. Artıq onun müştəriləri tikiş maşının hər hansı hissəsi xarab olduqda rahatlıqla yenisini sifariş edə bilirdilər. İsaak Zingerin istehsal və marketinq təşəbbüsü hesabına tikiş maşını ev şəraitində təmir oluna bilən ilk məişət avadanlığına çevrildi.

İsaak Zinger satışı stimullaşdırmaq üçün tikiş maşınlarını sənaye sahələri üçün deyil, məişət istifadəsi üçün istehsal edirdi. Marketinq yanaşması tezliklə öz bəhrəsini verdi. Tezliklə zinger tikiş maşınları ən prestijli məhsullara çevrildi. Hər bir ailə bu tikiş maşınlarına yiyələnməkdən qürur duyurdu.

"Zinger ovçuları”

Zinger şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr mövcuddur. Misal üçün, bəzi mənbələrdə vurğulanır ki, qədim zinger tikiş maşınları qiymətli metallardan hazırlanıb.

Ən məşhur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal olan polladiumun olması haqqındadır. Bu əfsanə bir neçə ölüm hadisəsinə səbəb olmuşdur. Beləki, əfsanələrə inanan "zinger ovçuları” cinayət törətməkdən çəkinmirdilər. Belə cinayətlərin qurbanlarından biri də yaşlı qadın olmuşdur. Naməlum şəxslərin üzünə qapını açan qadın evindəcə qətlə yetirilmişdir, daha sonra qatillər onun evindən zinger tikiş maşını oğurlamışdılar. Evdə axtarış keçirən polislər aşkar etmişdilər ki, tikiş maşınından başqa evdə heçnə oğurlanmamışdır.

Digər əfsanəyə əsasən isə 1998-ci ildə Zinger kompaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan verir. Hesab olunur ki, həmin seriyalı tikiş maşınları Rusiya və keçmiş Sovet ölkələrinin ərazisində yerləşir.

Daha bir əfsanə isə vurğulayır ki, 300 ədəd zinger tikiş maşını tamamilə qızıldan hazırlanıb. Beləki, Rusiyadakı inqilabdan sonra əhalinin firavan təbəqəsi sürətli şəkildə Avropaya emiqrasiya edirdilər, lakin sərhəddən yalnız məişət avadanlıqlarının keçirilməsinə icazə verilirdi. "Qaymaq təbəqə” isə öz qızıllarını xilas etmək üçün həmin qızılı zinger tikiş maşının formasında əridib qara rəngə boyayırdılar. Bu üsulla mülklərini özləri ilə ölkədən çıxarmağa nail olurdular.

2009-cu ildə Səudiyyə Ərəbistanında yeni bir əfsanə peydə oldu. Hansı ki, bu əfsanə qədim zinger tikiş maşınlarının iynələrində əfsanəvi maddə "qırmızı civə”- nin mövcudluğundan bəhs edirdi. Bu maddənin kiçik bir hissəsi 2-3 mln dollar dəyərində qiymətləndirilir.

 


OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...