Özil \"Arsenal\"la bağlı qərarını verdi

Özil \
 
Məsud Özil "Arsenal"dan ayrılmaq qərarına gəlib.

Sfera.az  xəbər verir ki, Özil müqaviləsi bitdikdən sonra "Arsenal"ı tərk edəcəyi barədə dostlarını və yaxınlarını məlumatlandırıb. 31 yaşlı futbolçu karyerasını Türkiyə və ya ABŞ-da davam etdirməyi planlaşdırır.

Özilin müqaviləsi 2021-ci ildə başa çatacaq. Cari mövsümdə 23 matçda meydana çıxan yarımmüdafiəçinin aktivində 1 qol, 3 məhsuldar ötürmə var.

OXŞAR XƏBƏRLƏR