Zibillikdən kağız toplayan uşaqlara sürpriz - VİDEO

Zibillikdən kağız toplayan uşaqlara sürpriz - VİDEO
Türkiyədə bir qrup xeyirxah şəxs velosiped almaq üçün zibil qutularından kağız toplayan uşaqları sevindirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Videoda bir qrup gəncin uşaqların kağız topladığı zibil qutularının yanına əvvəlcədən gələrək onlara sürpriz hazırladığı müşahidə olunur.
Daha sonra əraziyə "pul qazanmaq" üçün gələn uşaqlar qutuda gizlədilmiş velosiped və dəftər-kitab hədiyyələri ilə qarşılaşıblar. Həmin anlar isə anbaan lentə alınıb.
Sosial şəbəkələr vasiəsilə yaradılan "Uşaqlar üşüməsin" adlı xeyriyyə qrupunun bu addımı isə hər kəs tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirilib.
Həmin kadrları təqdim edirik:
 



OXŞAR XƏBƏRLƏR