Zeytunluq bağında inşa edilən villalar kimə məxsusdur? – FOTO

Zeytunluq bağında inşa edilən villalar kimə məxsusdur? – FOTO
 Bakının Binəqədi rayonu ərazisində yerləşən 6-cı mikrorayondakı "Zeytunluq” adlanan bağ massivində yaşıllıqlar yenidən məhv edilmək ərəfəsindədir. Hazırda sözügedən ərazidəki zeytun ağacları naməlum şəxslər tərəfindən məhv edilərək, yerində villalar inşa edilir.

"Ölkə.Az”-ın əməkdaşı sözügedən tikinti işlərinin fotolarını çəkməyə nail olub. Fotolardan da göründüyü kimi, zeytunluq bağının ətrafında dəbdəbəli villalar tikilib və hazırda da davam etdirilir.

Ərazidə olduğumuz vaxt yerli sakinlərlə də söhbət apardıq. Onlar bildirdilər ki, sözügedən evlər "böyük adamlar” tərəfindən inşa etdirilir. "Bir neçə il əvvəl bu evlərin yerləri yaşıllıq idi. Ancaq gördüyünüz kimi, hamısını qırıb, yerində evlər tikiblər.

Yüzlərlə zeytun ağacı məhv edilib, qırılan ağacların yerində villalar, restoranlar və digər tikililər ucaldılıb. Şübhəsiz ki, bütün bu işlər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xəbəri olmadan görülə bilməzdi.

"İcra başçısının öz evi də bu ərazidə yerləşir”, – deyə sakinlər bildirirlər. Zeytunluğun qırılmasına yaxınlıqda məskunlaşan məcburi köçkünlər də narazılıq edirlər. Deyirlər ki, yaşıllığın yerində məmurların villaları ucaldıqca onların qazı, suyu və işığı da kəsilir. Onların sözlərinə görə, ərazidə məskunlaşan 846 məcburi köçkün ailəsinin qazı, işığı olmadığı halda, zeytunluqda tikilən villaların hamısı bu xidmətlərlə tam şəkildə təmin olunub.

Həm sakinlər, həm də məcburi köçkünlər yaranan problemlərə görə icra başçısı Xaləddin İsgəndərovu günahkar hesab edirlər. "Zeytunluq” adlanan ərazidən çəkdiyimiz fotoları da oxuculara təqdim edirik.
 
Sfera.az
 





 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...