Zeynəb Xanlarova Gültəkin Hacıbəyli ilə görüşdə nələrdən danışıb?

Zeynəb Xanlarova Gültəkin Hacıbəyli ilə görüşdə nələrdən danışıb?
 Xalq artisti Zeynəb Xanlarova keçmiş həmkarı Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə görüşməsi ilə bağlı məlumat yayılıb. 

Sfera.az-ın əldə etdiyi məlumata görə, xalq artisti Zeynəb Xanlarovanın keçmiş millət vəkili, hazırda hakimiyyətə qarşı ən radikal mövqedə çıxış edən Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə görüşü baş tutub.
Görüş zamanı xalq artisti keçmiş həmkarına böyük hörmət bəslədiyini və onun siyasi görüşlərinə sayğı duyduğunu dilə gətirib.
Bundan başqa xanım siyasətçilər ölkədə baş verən siyasi proseslərlə də bağlı fikir mübadisəli aparıblar. Xalq artisti keçmiş həmkarının son illər ölkədə baş verən ictimai-siyasi proseslərdə göstərdiyi mövqeyində haqlı məqamların olduğunu bildirib. O özünün də yaxın zamanlarda konkret siyasi mövqeyini bildirəcəyini qeyd edib.

Mənbənin sözlərinə görə, Gültəkin Hacıbəyli xalq artistinin son aylar açıqlamalarındakı siyasi ultimatiumları təmsil elədiyi Milli Şura rəhbərliyinin və üzvlərinin yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, xalq artistinin bu çıxışları zaman-zaman Milli Şuranın mitinqlərində də səsləndirilir. 

Qeyd edək ki, Gültəkin Hacıbəylinin parlamentdə təmsil olunduğu zamanlarda da xalq artisti ilə isti münasibətlərinin olub. Onu da əlavə edək ki, Zeynəb Xanlarovanın bundan öncə istər parlamentdə, istərsə də mətbuatdakı aqressiv çıxışları ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. 


Yazıda adı çəkilən şəxslərlə əlaqə saxlasaq da, telefonlara cavab verilmədi. 


Sözügedən görüşlə bağlı mövzuya yenidən qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...