Üzeyir Mehdizadənin mahnısı Dubayda rekord qırır - VİDEO

Üzeyir Mehdizadənin mahnısı Dubayda rekord qırır - VİDEO
Azərbaycanda qarşılaşdığı çoxsaylı tənqidlərə əhəmiyyət verməyən müğənni Üzeyir Mehdizadə Rusiyadan sonra indi də Dubayda populyarlaşmağa başlayıb. 

BAKU.WS xəbər verir ki, İnstagramda "hindmakeup_” kimi qeydiyyatdan keçən məşhur ərəb vizajist xanım maraqlı video paylaşıb. Belə ki, İnstagramda 145 min izləyicisi olan xanım videoda azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnısının sədaları altında makiyaj edib.

Vizajistin Üzeyirin "Mənə gəl" mahnısının sədaları altında etdiyi makiyaj minlərlə izləyici tərəfindən bəyənilib.

Qeyd edək ki, bir vaxtlar Üzeyir Mehdizadənin ifa etdiyi bu mahnı qalmaqala səbəb olub. Mahnı duet şəkilində ifa edilib və mahnının nəqəratını səsləndirən xanımın səsi müğənni Röyanın ifasına bənzədiyi üçün Mehdizadənin Röya ilə duet ifa etdiyi deyilirdi. Lakin Röya buna etiraz edərək həmin ifanın ona məxsus olmadığını bildirib.

Onu da əlavə edək ki, Üzeyir Mehdizadənin oxuduğu mahnılar ölkəmizdə müəyyən kütlə tərəfindən bəyənilsə də çoxları onun ifasını sərt tənqid edir. Sözlərini və bəstəsini özünün yazdığını deyən müğənninin ifaları bayağı adlandırılır, insanların musiqi zövqünü korlamaqda ittiham edilir.
 
Onu da bildirək ki, bu yaxında Dubayda yerləşən "JBR” çimərliyində də Üzeyirin mahnılarının səsləndirilildi. Buna aid video BAKU.WS-in Facebook səhifəsində paylaşılmışdı. Sonradan həmin videonu Üzeyir Mehdizadə öz səhifəsində də paylaşıb.  
 
 


 

OXŞAR XƏBƏRLƏR

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...