Zərrabın boşanma xəbərindən sonra Günel: \"Səbrimi sınamayın\"
14:42 / 22.07.2021
958
Ebru Gündeş və Rza Zərrabın boşanma xəbərindən sonra diqqətlər Azəri qızı Günelə yönəlib.
Sfera.az-ın məlumatına görə, Günel isə ona ünvanlanan suallarla bağlı sosial şəbəkədə açıqlama verib:
"Məni mühakimə etmədən əvvəl öz həyatınızı qiymətləndirin. Səbrimi sınamayın! Məni məğlub və ya məhv edə bilməzsiniz. Mən ağrı və haqsızlıqla güclənmiş biriyəm".
Xatırladaq ki, Günel ilə Rza Zərrab arasında 8 ilə yaxın sevgi münasibəti olub. Nişanlı olan cütlüyün ayrılmasına səbəb R.Zərrabın ani olaraq qərar dəyişdirib Ebru Gündeşlə evlənməsi olub.