Zərnigar Ağakişiyevanın qohumları ilə rəsmilər arasında QARŞIDURMA

Zərnigar Ağakişiyevanın qohumları ilə rəsmilər arasında QARŞIDURMA

Xalq artisti Zərnigar Ağakişiyevanın cənazəsi dəfn olunmaq üçün qohumları tərəfindən Quba rayonuna aparılıb.

 
Aktrisanın cənazəsini doğulduğu Rustov kəndinə aparmaq üçün uzun illər fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrının rəhbərliyi hazırlıq görüb. Hətta cənazə maşını danışılıb, digər vacib məsələlər həll olunub. Amma mərhum sənətkarın qohumları bu köməkdən imtina edib. İmtinanın səbəbi böyük sənətkarın Bakıda dəfn olunmamasıdır. Yaxınları cənazəni rəsmi qurumlardan xəbərsiz, morqdan götürərək aparıb.

 
Xalq artistinin Qubada keçiriləcək cənazə mərasimində Mədəniyyət və Turizm Nazirliyinin yalnız bölgə üzrə nümayəndələri iştirak edəcək. Bunu saytımıza açıqlamasında nazirliiyn informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.(Yenicag.az)

DİGƏR XƏBƏRLƏR