AKTUAL

Zərdabda işçilər çalışdıqları idarədən oğurluq ediblər

Zərdabda işçilər çalışdıqları idarədən oğurluq ediblər
 

Zərdab rayonunda oğurluq hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, "VOLTAL ELEKTRİK" və "Təmir Tikinti" idarəsinin rəhbərliyi avqustun 31-də Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, idarədən 1500 manat dəyərində əmlakın oğurlanmasını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində idarəyə məxsus elektrik naqillərini oğurlayan şəxslər saxlanılıblar. Saxlanılanlar həmin idarədə işləyən, Saatlı rayon sakini Nəriman Əlisafa oğlu Alışov, İmişli rayon sakini Sərraf Zahid oğlu Feyzullayev və Zərdab rayon sakini Akif Əkbər oğlu Şirinovdur.

İlkin araşdırma zamanı hər 3 şəxs oğurluq əməllərini etiraf ediblər. Oğurladıqları naqilləri isə 60 manata Zərdab rayon sakini Zöhrab Kərəm oğlu Arazova satıblar.

 

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829