ANS PRESS-in ərəb mətbuatına istinadla verdiyi məlumata görə, şahzadə kəndlərdən birində iki qardaşa məxsus evlərə 500 min manat ödəyib. 

Bundan başqa, ərəblər həmin insanlara ərzaq almaq və yemək bişirmək üçün bir neçə azərbaycanlı ilə razılaşıblar. 
Azərbaycanda olduğu müddətdə şeyxi onlarla insan müşayiət edib.


Ərəb turistlərin şahinlərini yedirirlər

Yayılan məlumatda həmçinin bildirilir ki, turistlər yerli insanlardan vəhşi göyərçinləri alır və onları özlərinin ov şahinlərinə yedirirlər. 

Ərəb mətbuatı şahzadənin Azərbaycan səyahətindən yazarkən qeyd edib ki, indi həmin şahinlər vəhşi göyərçinləri tutmağı öyrənirlər. 

Əl-Məktumun dəstəsi isə mövsümi miqrasiyası zamanı Qarasunun ətrafında dayanan köçəri quşların miqrasiyasını gözləyirlər. Şahzadənin özü Azərbaycana həmin mövsümi miqrasiya başlayanda qayıdacaq.

Beləliklə, bu, Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun Azərbaycana üçüncü gəlişi olacaq. Bundan əvvəl o, ölkəmizə martın 23-də 10-15 nəfərlik qohumları ilə birlikdə gəlmişdi. 

Azərbaycana öz helikopteri ilə gələn dubay şahzadəsi səfəri zamanı 
Qəbələdə olub, kanatda gəzmişdi. Hacıqabul rayonunun Qarasu kəndi və Muğan düzündə şahin və bəzgək quşları ovlamışdı.


Hamdanın ov şəkilləri


İlk dəfə isə Hamdan 
Bakıya öz qardaşları və Qətər əmirinin oğlanları ilə gəlmişdi. Milyarder ərəb övladları üç həftəyə yaxın müddətdə Mil düzündə - Kür-Araz ovalığında ov etmişdilər. 

İnternetdə yayılan videolarda şeyxlər iki 6 təkərli "Gelandewagen", "Range Rover Cabrio" və daha 8 yolsuzluq avtomobili ilə paytaxtda şütüdükləri məlum olmuşdu.

Milyarder qonaqlar ərəb nömrəsilə gəzdikləri avtomobillərini Bakıya Dubay aviareysi ilə gətirmişdilər.