“Zəng edib, söydüm onu…” - Qarşıdurma

“Zəng edib, söydüm onu…” - Qarşıdurma
 

Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevlə təhsil eksperti Etibar Əliyev arasında qarşıdurma baş verib.

Sfera.az xəbər verir ki, bu haqda E. Fətullayev məlumat yayıb. Eksperti "Simasız sima” adlandıran jurnalist qeyd edib ki, bəlkə də belə paradokslar yalnız Azərbaycan cəmiyyətinə xasdır. 

"Həbs təhlükəsi altında Fazil Qəzənfəroğlunun partiyasına üzv olur, həbs təhlükəsi sovuşan kimi Əli Kərimlinin dəstəkçiləri sıralarında peyda olur. Guya ziyalıdır, deyəsən kitab oxuyur, ancaq oxuduqları kitabların qəhrəmanlarının və personajlarının nə cəsarəti, nə də ləyaqəti var bu Etibar Əliyev adlı simasızda.

Bir müddət əvvəl məni təhqir etdi. Zəng etdim, söydüm onu və görüş təyin etdim. Bilirdim ki, gəlməyəcək, qorxacaq, çünki həbs təhlükəsi gələn kimi Fazil Mustafanın partiyasına qaçır. Həm də hökumətdən dolanır, Təhsil Nazirliyindən pul alır, amma barışmaz müxalifətçidir. 

Müxalifətdə hörmətlə yanaşdığım insanlar var və olacaq, çünki hər kəsin bu həyatda öz yolu var.

Ancaq Etibar Əliyev kimi yaramazların nə iqtidarda, nə də müxalifətdə yeri olmamalıdır. Etibar bu gün qaçdı əlimdən. Amma onu tapacam. Etibarla üz-üzə gəlmək istəyirəm, amma qorxur, gəlmir... Məncə, bu isanın bütün xarakteri sifətində əks edilib. Aydın şəkildə... Etibar, sən qorxaqsan!”.

Qarşı tərəfin E. Fətullayevə cavabı gecikməyib. Onu "qoçu” adlandıran E. Əliyev bildirib ki, telefonuna tanımadığı nömrədən zəng gəlib: 

"Təkrar yığan kimi nömrə sahibi əxlaqsız söyüşlər söyməyə başladı. Eynulla idi. İsterik durumunu təsvir etmək mümkün deyildi. Normal insan ayıq başla belə söyüşlər söyə bilməzdi. 

Həmin isterik durumda yazdığı statusunda şakərinə uyğun olaraq mənə bir neçə böhtan da atıb və təhqirlər yağdırıb. Yazır ki, guya mən onu təhqir etdiyimdən o, məni görüşə çağırıb. Tamamilə yalandır. Kişiliyi də çatmır ki, konfliktin səbəbini düz desin. 

Əslində bizim konfliktimiz nədən başlayıb. Bu ermənipərəst simasız vücud statuslarının birində yazmışdı ki, biz Şuşanın verilməsi ilə barışmalıyıq. Mən onun bu sərsəm yazısına cavab verdim. Bu cavab onun...

 Eynulla bunu şəxsinə təhqir kimi qəbul etmişdi. Yenə də təkrar edirəm, kişiliyi də çatmır ki, konfliktin səbəbini düz desin. Bundan bir müddət sonra statuslarının birində məni təhqir etdi. Mən də onun üslubuna uyğun cavab verdim. 

Dünən də duelə çağırdı məni. Adam hələ də Orta əsrlər təfəkküründə qalıb. Yazır ki, Etibar Əliyev qaçdı əlimdən. Saat 23-də məni duelə çağırıb. Mən belə yaramazdan qorxmaram. Ancaq hüquqi dövlətdə KİV rəhbərinin özünü qoçu kimi aparması heç bir əndazəyə sığmır. 

Eynullanın mənə atdığı bu böhrtanlar isə hüquq müstəvisində araşdırılacaq. Yazır: "Həbs təhlükəsi altında Fazil Qəzənfəroğlunun partiyasına üzv olur, həbs təhlükəsi sovuşan kimi Kərimlinin dəstəkçiləri sırasında peyda olur. Həm də hökumətdən dolanır. Təhsil nazirliyindən pul alır”. 

Mən heç zaman həbs təhlükəsi ilə üzləşməmişəm, kiminsə yanına qaçam. Dostum Fazil bəy də bunu təsdiqləyər. Əli Kərimliyə gəldikdə isə mən onu axırıncı dəfə nə vaxt gördüyümü xatırlamıram və Eynulla mənim onun haqqında bircə müsbət xarakterli cümələmi tapsa ondan üzr istəyərəm. 

Adam yeri gələndə Əli Kərimlinin arxasında da gizlənməyə cəhd edir. Təhsil Nazirliyindən pul almaq məsələsinə gəldikdə isə bunu məhkəmə araşdıracaq. Mən Təhsil Nazirliyinin deyil, Milli Elmlər Akademiyasının işçisiyəm. Qorxaqlıq məsələsinə gəldikdə isə mən məhkəmədə onun hakimlərə necə yalvarmasının şahidi olmuşam. İndi qoçuya dönüb. Daha doğrusu qoçuya döndəriblər onu...

Qorxaq adam hamını qorxaq gözündə görür. Məsələnin centlmen tərəfinə gəldikdə isə kişi olan kəs kimisə davaya çağırmasını ictimailəşdirməz”.


OXŞAR XƏBƏRLƏR