Zəlzələnin Ağdamdakı fəsadları (FOTO/VİDEO)

Zəlzələnin Ağdamdakı fəsadları (FOTO/VİDEO)
 Zəlzələ Ağdam rayonunda fəsadlar yaradıb. 

Sfera.az "Report"a istinadən xəbər verir ki, rayonun Üçoğlan kənd sakini Zəhra Səfərovaya məxsus fərdi yaşayış evi uçub. 

Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Allahverən Əliyev "Report"un yerli bürosuna bildirib ki, baş verən təbii fəlakət zamanı dəyən ziyanla bağlı hesablamalara başlanılıb: "Biz Nazirlər Kabineti Və Fövqəladə Hallar Nazirliyi qarşısında məsələ qaldırmışıq. Ümumi baxış yekunlaşandan sonra aidiyyəti üzrə yardım olunacaq". 


 












OXŞAR XƏBƏRLƏR