Zəlzələ təkrarlanacaq, ya yox?- Yetirmişlidən açıqlama

Zəlzələ təkrarlanacaq, ya yox?-  Yetirmişlidən açıqlama
"Bu barədə dəqiq söz demək mümkün deyil”
 
Sfera.az-a açqılamasında bu sözləri ötən gecə saatlarında Azərbaycanın bir sıra ərazilərində baş verən zəlzələ və onun yenidən təkrarlanıb-təkrarlanmayacağı barədə sorğuya cavab verərkən Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib:
 
"Zəlzələnin avtoşokları hələlik davam edir. Ancaq son iki aftoşok hiss olunmayıb. Bununla belə, axırıncı iki avtoşokun maqnitudası 3 baldan çox olub".
 
Q. Yetirmişli hazırda zəlzələnin baş verdiyi ərazidə olduğunu bildirdi: 
 
"Ona görə də prosesin gedişi barədə mətbuata ancaq günün ikinci yarısında daha geniş məlumat verəcəyik. İndidən  zəlzələnin yenidən baş verib-verməyəcəyi barədə bir söz demək mümkün deyil. Zəlzələdən sonra kiçik təkanların baş verməsi normaldır. Amma indidən demək olmaz ki, zəlzələ yenidən baş verəcək, yoxsa yox. Bu barədə dəqiq bir söz demək mümkün deyil". 
 
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, fevralın 5-də saat 23:31 radələrində Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 3-5-bala qədər hiss olunub.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...