Sİyasət

Zəlimxan Məmmədli Oqtay Şirəliyevin qızı BARƏDƏ: "İdeallara sahib olmayan insanlardan hər şey gözləmək olar"

Zəlimxan Məmmədli Oqtay Şirəliyevin qızı BARƏDƏ:
"Zatən onları ideallarla zəngin insan saymıram”.
 
Sfera.az-a açıqlamasında bu sözləri oktyabrın əvvəlində Moskva vilayətinin mədəniyyət naziri təyin olunan azərbaycanlı Nərmin Şirəliyevanın özünə köməkçi qismində ermənini işə götürməsinə münasibət bildirərkən "Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib:
 
"Prinsipcə insan hər şey edə bilər. Prinsipləri aydın olmayan, ideallara sahib olmayan insanlardan hər şey gözləmək olar. Zatən onları ideallarla zəngin insan da saymıram. Bu baxımdan ola bilər müəyyən mənada yenidən ermənini kirvələşdirmə düşüncəsi də yaranıb. Azərbaycan real olaraq təcavüzə məruz qalıb. Ölkəmizin ərazisi işğal altındadır. İşğalçı da Ermənistan-Rusiya hərbi-siyasi iş birliyidir. Bu xanım da Rusiyada məsul vəzifə daşıyır, bu azmış kimi, ermənini də özünə köməkçi götürürsə, burada məntiq etibarı ilə bir ələ oynama da var. Hər halda idealsız insan, toplumdan belə xoşagəlməz halları gözləmək olar. İnsan haqları prizmasından yanaşılarsa, deyə bilərlər ki, bu mənada kimi istəsə özünə köməkçi təyin edə bilər. Amma ortada bir qınaq məsələsi var axı. Cəmiyyətdə həya və həqiqət aparıcı olanda, həmin cəmiyyət sağlam olur. Cəmiyyətdə bunlar olmayanda isə orada ictimai qınaq yaranır. Təbii ki, ölkəmizdə bu amilin özü də müəyyən dərəcədə deformasiyaya uğrayıb. Amma yenə də ictimai qınaqdan başqa, həmin prosesə hüquqi tərəfdən hər hansı bir müdaxilə etmək imkanları yoxdur”.
 
Qeyd edək ki, Moskva vilayətinin mədəniyyət naziri, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva erməni əsilli Karen Spartakoviçi özünə köməkçi təyin edib. N. Şirəliyeva özü isə bu posta bir neçə gün öncə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov tərəfindən təyin edilib. Həmçinin Şirəliyeva məşhur erməni aktyor Armen Ciqarxanyanla yaxın dostluq münasibətləri saxlayır.
 
ELÇİN
Sfera.az






















 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31