Zelenski Rusiyaya alternativ axtarmaq üçün Bakıdadır – Ekspertdən açıqlama

Zelenski Rusiyaya alternativ axtarmaq üçün Bakıdadır – Ekspertdən açıqlama


"Ukrayna Prezidenti Vladimir Zelenskinin Bakıya səfəri Azərbaycana Rusiyaya alternativ olaraq karbohidrogen ehtiyatları mənbəyi kimi baxmasından irəli gəlir”.


Sfera.az-a açıqlamasında bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Bakıya səfərinin məqsədlərini müzakirə edərkən politoloq Zərdüşt Əlizadə deyib:

 

"Ukraynada Azərbaycana Rusiyadan asılılığı azaltmaq üçün alternativ hidrokarbon ehtiyatları mənbəyi kimi baxırlar. İkincisi, Ukrayna ilə Azərbaycanın eyni dərdi var, ərazilərinin işğalı. Azərbaycanda Dağlıq Qarabağ, Ukraynada isə Krım, Donetsk və Luqansk kimi problemlər mövcuddur. Digər tərəfdən, vaxtilə GUAM çərçivəsində MDB daxilində Bakı, Tiflis, Kiyev və Kişinyov Moskvaya müqavimət göstərirdi. İndi isə Ukrayna MDB-dən çıxıb”.

 

Z. Əlizadə bildirdi ki, Kiyev beynəlxalq təşkilatlarda Bakıya müttəfiq kimi baxır: "Üstəlik, Ukrayna ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq da artan xətlə inkişaf edir. Məhz bu kimi əsas məsələlərin müzakirəsi üçün Ukrayna Prezidenti Zelenski Bakıya gəlib”.


Müsahibimiz düşünür ki, səfərin nəticəsi kimi hansısa yaxınlaşmaların olacağı mümkündür: "Təbii ki, prezidentlərin görüşündə həmişə hansısa yaxınlaşma əldə edilir. Görünür, bundan əvvəl, səfirlər, ekspertlər səviyyəsində hansısa ilkin razılaşmalar əldə edilib ki, indi də nəticə olması üçün prezidentlər görüşür”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR