Dünya

Zelenski ondan küsən naziri istefaya göndərir

Zelenski ondan küsən naziri istefaya göndərir
Ukrayna prezidenti Vladimir Zelenski yenidən Ali Radadan baş prokuror Yuri Lutsenko və xarici işlər naziri Pavel Klimkinin vəzifədən azad edilməsinə razılıq verilməsini istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dövlət başçısı V.Klimkinin yerinə Prezident Administrasiyasının rəhbərinin müavini Vadim Pristaykonun təyin edilməsini istəyib.
Xatırladaq ki, Ukraynanın xarici işlər naziri P.Klimkin ötən gün prezidentdən küsdüyünü deyərək siyasi məzuniyyətə çıxdığını elan edib.
Qeyd edək ki, V.Zelenski ən son 11 iyun tarixində P.Klimkini və Y.Lutsenkonu istefaya göndərmişdi.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031