Zelenski MSK-nın səlahiyyətlərini dayandırmaq niyyətindədir

Zelenski  MSK-nın səlahiyyətlərini  dayandırmaq niyyətindədir
 

Ukrayna Prezidenti Vladimir Zelenski qərəzli işinə görə Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərini vaxtından əvvəl dayandırmaq niyyətindədir.

Sfera.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ali Radanın "Xalqın xidmətçisi" fraksiyasından olan deputatı Alina Zaqoruyko bildirib.

Bundan əvvəl parlamentin Mətbuat xidmətinin rəhbəri İrina KarmelyukV.Zelenskinin Ali Radaya MSK üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl ləğvi ilə bağlı təqdimat göndərdiyini bildirmişdi.

"Təqdimatda qeyd olunur ki, MSK qeydiyyata alma zamanı qərəzli davranıb və seçki qanunvericiliyinin prinsiplərinə zidd hərəkət edib. Bundan əlavə, sənəddə hakimlərin qərarları ilə bağlı statistika da yer alıb. Sonradan məhkəmələr tərəfindən ləğv edilmiş, MSK-nın hərəkətlərinin isə qanunsuz elan edildiyi 28 MSK qərarı göstərilib", - A.Zaqoruyko vurğulayıb.

Onun sözlərinə görə, təqdimatda həmçinin MSK-nın parlament seçkilərində namizədlərin tərcümeyi-halındakı məlumatların müəyyənləşdirilməsində qərəzli mövqeyindən danışılır.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...