İqtİsadİyyat

Zelenski ilə Bakıya gələn azərbaycanlı (FOTOLAR)

Zelenski ilə Bakıya gələn azərbaycanlı (FOTOLAR)
Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri çərçivəsində Bakıda təşkil olunmuş Azərbaycan-Ukrayna biznes forumunda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin müzakirəsinə xüsusi önəm verildiyi bir daha özünü göstərdi. 

Müzakirələrdən də göründü ki, hər iki ölkə tərəfindən qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq, sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə start veriləcək. 
 
Ölkəmizdə investisiya iqliminin çox müsbət olması və qoyulan sərmayələrin həcmi Prezident İlham Əliyev tərəfindən bir daha ukraynalı iş adamlarının diqqətinə çatdırıldı, onların ölkəmizə investisiya yatırmaları üçün yaxşı imkanların mövcudluğu vurğulandı. 

Biznes forumunda Ukraynadan 90-dan çox şirkət, Azərbaycandan isə 100-dən artıq şirkət təmsil olunurdu.

 Bu forumda Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri, "A A” şirkətlər qrupunun prezidenti Əli Əliyev də Ukraynada yaşayan azərbaycanlı iş adamı olaraq iştirak edib. Əli Əliyevin rəhbərlik etdiyi qurumun təşəbbüs və dəstəyi ilə Ukraynada görülən quruculuq-abadlıq işləri, reallaşan bir sıra layihələrin səsi-sorağı əlbəttə ki, hər zaman öz doğma yurdunda da eşidilir. 

Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi zaman-zaman Ukraynanın müxtəlif bölgələrində sosial layihələrə investisiyalar qoyur, tarix şəhərlərin bərpasında yaxından iştirak edir. 

Həmyerlimizin dəstəyi ilə bu yaxınlarda Ukraynanın Vinnitsa şəhərində təmənnasız olaraq uşaq bağçası kompleksi tikilərək istifadəyə verilib. Əlbəttə, dünyanın bütün ölkələrində belə azərbaycanlı iş adamlarının sayının çox olması, yaşadıqları regionun tanınmış simalarına çevrilməsi bizim üçün qürurvericidir.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031