Zelenski geyiminə görə tənqid edildi
17:01 / 31.05.2019
2353
Ukrayna Prezidenti Vladimir Zelenski Fransa və Almaniya XİN rəhbərləri ilə görüş zamanı geyim seçiminə görə sosial şəbəkələrdə kəskin tənqid olunub.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın "Dialoq” nəşri yazıb.
Məlumata görə, görüş zamanı yeni prezident uyğun "dress-kod”dan imtina edərək, pencək və qalstukdan istifadə etməyib. Bundan əlavə Zelenskinin qara köynək geyinməsi və köynəyinin qollarını qatlaması diqqətdən yayınmayıb.
Görüşün fotolarının yayılmasından sonra sosial şəbəkənin Ukrayna seqmentində geniş müzakirələr gedib. Bir çox istifadəçi prezidentin "dress-kod”a əməl etməməsini düzgün hesab etməyib.