Özəl sektorda işləyənlərin NƏZƏRİNƏ! - Vergidən yayınmalara SON

Özəl sektorda işləyənlərin NƏZƏRİNƏ! - Vergidən yayınmalara SON
2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətlərindən biri də qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşlara şamil olunacaq.


Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir.

İqtisadçı İlham Əzizov Vergi Məcəlləsində edilən dəyişikliklə bağlı Metbuat.az-a açıqlama verib. Bildirib ki, edilmiş dəyişiklik büdcəyə zərərlidir:


"Yəni, büdcənin yığımları ilkin baxışda azalır. Əvvəlki dövrün gəlirləriylə son dəyişiklərdən sonrakı gəlirlər arasında fərq var. Bu, büdcənin ziyanına olan fərqdir. Bu dəyişiklik real olaraq işləyən əhalinin sayını dəqiqləşdirmək, gələcəkdə həmin işçilərin Sosial Müdafiə Fondundan pensiya təminatını yaxşılaşdırmaq üçün atılan çox vacib addımdır. Artıq işçilərin qeydiyyata düşməsi üçün maraq olacaq. Bu baxımdan, sözügedən dəyişiklik gələcək planda işçilərin xeyrinədir. Hazırki planda isə büdcənin ziyanınadır, amma bu da bir müddət olacaq”.


Hüquqşünas Heyrat Qarayev qeyd edib ki, Vergi Məcəlləsindəki son dəyişiklik doğru addımdır:


"Tutulan vergilər həmişə vətəndaşın xeyrinə olan məsələdir. Vəsait tutulubsa, ondan təqaüd, müavinət verilir. Yəni, vergi əsassız olaraq tutulmur. Burada vətəndaşın marağı böyük olduğu üçün verginin məbləği artırılır, yaxud güzəştlər olunur. Təəssüf ki, əksər vətəndaşlar bunu dövlətin məqsədli şəkildə etdiyini hesab edir. Əsla elə deyil.


Bilirik ki, Məcəllədə dəyişiklik olanda həmin dəyişikliklə bağlı qurumlar öncədən çalışır. Hər bir sahənin mütəxəssisi olduğu kimi Vergi Məcəlləsində olan dəyişikliyin bir neçə qurum tərəfindən öncədən müzakirəsi aparılır. Müvafiq hesab olunursa, Məcəllədə olan dəyişikliklə bağlı müəyyən addımlar aparılır. Hüquqşünas olaraq hesab edirəm ki, vergi məcəlləsində son dəyişiklik labüd və məqsədəmüvafiqdir. Bəzi sahələrdə malışan işbazlar öz niyətlərinə çatmaq üçün müəyyən dolayı yollarla adımlar atır, vergidən yayınır. Qanunun tələbidirsə, hamı buna əməl etməlidir”.
 

OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...