Özəl Kredit Bürosu yaradıla bilər

Özəl Kredit Bürosu yaradıla bilər

Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycanın bank ictimaiyyəti ilə Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi müzakirə edilib.

 

Palatanın mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, görüşdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib.

 

Onun sözlərinə görə, Palata ÖKB-nin yaradılmasını maliyyə xidmətləri infrastrukturunun inkişafına dəstək kimi qiymətləndirir və gələcəkdə banklarla yanaşı bank olmayan kredit təşkilatları, kommunal ödəniş sistemləri, mobil operatorlar və iri pərakəndə şəbəkələrinin də büronun üzvü olmalarını məqsədəuyğun hesab edir.

 

Tədbirdə çıxış edən ÖKB-nin yaradılması üzrə İcra Komitəsinə üzv kommersiya banklarının nümayəndələri beynəlxalq təcrübə və büronun təsis edilməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. Qeyd edilib ki, texniki partnyor olaraq İslandiyanın "Creditinfo” şirkəti seçilib.

 

Texniki partnyor gələcəkdə büronun əsas səhmdarlarından biri olmaqla kredit hesabatlılığı prinsiplərinin öyrənilməsi və kredit bürosunun inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edəcək.

 

Publika.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...