Özəl klinikalarda bir analizdə qiymət uçurumu: -“Baku Clinic” 240, “Medicus” 80 manat

Özəl klinikalarda bir analizdə qiymət uçurumu: -“Baku Clinic” 240, “Medicus” 80 manat
Bakı şəhərində fəaliyyət göstərən bir çox klinikalarda müxtəlif xəstəliklərlə bağlı analizlərin qiymətləri arasında az qala uçurum var. Analizlər qiymətləri bir-birindən kəskin şəkildə fərqlənir.

Eyni analizə bir klinika, misalçün, 1 manat istəyirsə, başqa bir klinika həmin analizə görə 5 manat tələb edir. Bəs, bunun səbəbi nədir? Analiz qiymətlərinin daha yüksək olduğu klinikalarla qiymətlərin aşağı qiymətə olduğu klinikaların verdiyi nəticələr arasında da fərq varmı? Bəlkə qiymətlərin nisbətən daha ucuz olduğu xəstəxanalar xəstələrə yanlış diaqnozlar qoyur?

Misalçün, oxucularımızdan biri hepatit xəstələri üçün təyin edilən polimeraz zəncir reaksiyası analizi (PZR) üçün "Baku Clinik”də 240 manat, "Sağlam Ailə” klinikasında 128 manat, "Medicus” klinikasında isə 78 manat istədiklərini bildirib.

Medicina.az klinikaların həyata keçirdiyi sözügedən analizin bir-birindən nə ilə fərqləndiyini və bu analizlərin qiymət fərqinin nəyə əsaslandığını aydınlaşdırmağa çalışıb.

Hepatoloq Könül Mahmudova Medicina.az-a açıqlamasında deyib ki, hər klinikada həyata keçirilən analiz bir-birindən texnologiyasına görə fərqlənir:

"Bəzi klinikalarda PZR analizinin qiymətinin baha olmasının səbəbi isə tam olaraq avtomatlaşdırılması və son model qurğulardan istifadə etmələridir. Nisbətən ucuz qiymətə təklif edilən klinikalarda bu proses yarı əllə, yarı avtomat olmaqla həyata keçilir. Təbii ki, kinikalar bu qurğuları xaricdən baha qiymətə gətirdiyi və daha bahalı reaktivlərdən istifadə etdikləri üçün təklif etdikləri analiz qiymətləri də baha başa gəlir”.

K.Mahmudova onu da deyib ki, həkimlər müalicə etdikləri xəstələrin analiz cavablarının daha dəqiq olması üçün onlara bir sıra klinikaları məsləhət görürlər, çünki müasir aparatlarla həyata keçirilən PZR analizi xəstənin qanında olan hepatit virusu haqda həkimə dəqiq məlumat verir.

Tanınmış həkim Vaqif Qarayev isə Medicina.az-a bildirib ki, PZR analizi Azərbaycanda bütün klinikalarda eyni texnologiya ilə həyata keçirilir: "Burada qiymətlərin fərqli olması təəccüblüdür. Çünki bu analiz zamanı eyni avadanlıqlardan və maddələrdən istifadə edilir”.

Bununla belə, həkim deyib ki, hər klinikanın özünün daxili qaydaları və tətbiq etdiyi qiymət cədvəli var: "Burda qiymətlərin bu qədər kəskin şəkildə fərqli olması isə klinikaların tətbiq etdiyi daxili qaydalara əsaslanır”.

Qeyd edək ki, PZR analizi hepatit də daxil olmaqla, bir çox virus xəstəlikləri zamanı müalicə müddətində xəstəyə vaxtaşırı olaraq təyin edilir. Analiz nəticəsində virusun qandakı yüklülük miqdarı təyin edilir və növbəti müalicə kursu bu analizin cavabına uyğun təyin edilir. 

OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...