Zəhərlənənlər və ya özlərini zəhərləryənlər... - Siyasətin qara üzü

Zəhərlənənlər və ya özlərini zəhərləryənlər... - Siyasətin qara üzü
Xəbər verdiyimiz kimi martın 7-də Britaniya polisi Rusiyanın keçmiş xüsusi xidmət zabiti Sergey Skripalın əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə ilə zəhərləndirildiyini açıqlayıb.

Britaniya hökumətinin təcili hallar komitəsi bundan öncə Sergey Skripal və onun 33 yaşlı qızının zəhərlənməsi ilə bağlı insidentlə əlaqədar çərşənbə günü yeni məlumatlar təqdim edib:
 
"Bu insident əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddədən istifadə edilməklə sui-qəsd cəhdi kimi təhqiq edilir”, -polisin antiterror şöbəsinin komissarının müavini Mark Roli bildirib. O deyib ki, Skripal və onun qızının vəziyyəti ağır olaraq qalır.

Rouli hansı kimyəvi maddədən istifadə edildiyi ilə bağlı məlumat verməyib.

Skripal və onun qızı Yuliya keçən Britaniyanın cənubunda yerləşən Salsbury şəhərindəki parkda huşlarını itirmiş vəziyyətdə tapılıblar. İnsidentin ardınca Britaniya qanunvericiləri ölkədə son illər Rusiya kəşfiyyat agentlikləri ilə əlaqəsi mümkün olan şübhəli ölüm hallarının təcili təhqiq edilməsi haqda çağırışlar edib.

Hətta bildirilir ki, Solsberi şəhərində kimyəvi silahın tətbiqi barədə əmri çox böyük ehtimalla Rusiya prezidenti Vladimir Putin verib. Rəsmi Moskva isə keçmiş kəşfiyyatçıya qarşı sinir sistemini zədələyən maddədən istifadə olunması ilə bağlı izahat verməkdən imtina etdiyinə görə Britaniya, 23 Rusiya diplomatını ölkədən xaric edəcək. Bu barədə Britaniyanın Baş naziri Tereza May bəyan edib.

Tanınmış agentlər, diplomatlar, sərkərdələr, imperatorları öldürmək üçün tarixdə ilk belə sui-qəsd hadisəsi eramızdan 4500 il bundan öncə baş verib. Bəzən xilas yolu olaraq da diplomatlar, sərkərdələr zəhər içərək həyatlarına qəsd ediblər. 

Daha yaxın keçmişdə baş verən bu cür hadisələrə nəzər salaq:

2017-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunalın mühakimə etdiyi bosniyalı xorvatların generalı Slobodan Pralyak məhkəmə zalında intihar cəhdindən sonra ölüb.

Belə ki, məhkəmə zalında elə həmin gün Pralyak barədə 4 il əvvəl çıxarılmış hökmü təsdiqləyib – 2013-cü ildə general 20 il həbs cəzasına məhkum olunmuşdu. O 1990-cı illərdə baş verən müharibə zamanı insanlıq əleyhinə cinayətlərdə təqsirkar bilinib. General iclasda ayağa qalxaraq hərbi cani olmadığını, hökmü rədd etdiyini deyib və naməlum maye ilə dolu şüşəni başına çəkib. Müttəhimin vəkili şüşədəkinin zəhər olduğunu bildirib.

2015-ci ildə ABŞ-ın diplomatik pasportları daşıyan iki rəsmisinə qarşı BMT tərəfindən Rusiyada təşkil olunan konfransların birində sui-qəsd təşkil olunub, onları zəhərləməyə çalışıblar. Bu hadisənin Rusiyanın ABŞ diplomatlarına qarşı daha geniş, artan qısnama kampaniyasının bir hissəsi olduğunu deyirlər.
Rusiya barlarında əcnəbilərin zəhərlənməsi insidentləri qeyri-adi hal sayılmır, çox vaxt da bunu qarətlə bağlayırlar. ABŞ Dövlət Departamentinin Rusiyada barlarda içməyin təhlükəsi barədə xəbərdarlığı da var. Amma ABŞ rəsmilərinin içkisinə həmin maddə ayrı-ayrılıqda qatılıb və qarət cəhdinin heç bir əlaməti ortaya çıxmayıb.

2010-cu ildə isə Makedoniya paytaxtı Skopyedə 8 türk diplomatı zəhərlənib. Belə ki, diplomatlar restoranda yeməkdən sonra zəhərlənmə simptomları ilə hospitala götürülüblər. Türk diplomatlar Makedoniya Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdədir. Onlar diplomatiya akademiyasında mühazirələr oxuyublar.    

1945-ci ildə III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri Henrix Himlerin, 1954-cü ildə britaniyalı riyaziyyatçı Alan Turing, 1959-cu ildə ukraynalı politoloq Stepan Banderaya qarşı da sui-qəsd təşkil olunub. 

Zəhərlənmə və ya özünü zəhərləmə halları keçmişdə də dəbdə olub. Bu barədə ən məşhur hadisələr isə Sokrat və Kleopatranın adı ilə bağlıdır. 

E.ə 399-cu ildə edam cəzasından qurtulmaq üçün Sokrat özü zəhər içərək həyatına qəsd edib. E.ə 321-ci ildə Demosfen, e.ə 29-cu ildə Kleopatraya qarşı bu cür sui-qəsd təşkil olunub. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...