“Pfizer” Almaniyadan vaksin tədarükünü azaldır – Səbəb
20:40 / 15.01.2021
2896
ABŞ-ın "Pfizer” şirkəti alman tərəfdaşı "BioNTech”dən peyvənd tədarükünü 3-4 həftə müddətinə azaltmağa qərar verib.
Sfera.az xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyi məlumat verib.
Qərar "Pfizer”in Belçikadakı zavodunda aparılan inşaat işləri ilə əlaqədar qəbul edilib. Bildirilib ki, şirkət vaksin istehsalını artırmağı planlaşdırır.