Özcan Dəniz bu xanım ilə evləndi - FOTOLAR
10:54 / 14.03.2018
2484
Tanınmış türkiyəli ifaçı Özcan Dəniz özündən 20 yaş kiçik sevgilisi Feyza Aktanla gizlicə evlənib.
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, cütlüyün bu ayın 8-ində cəmi 15 nəfərin iştirakı ilə nikah bağladığı üzə çıxıb.
Hazırda hamilə olan Feyza Aktan gəlinlik əvəzinə ağ libas geyinib.
Deyilənə görə, cütlüyün bir ay sonra dünyaya gələcək oğullarına Kuzey adı veriləcək.
Özcan Dəniz "İstanbullu gəlin" serialının çəkilişlərinə fasilə verə bilmədiyi üçün cütlük yay aylarında balayına gedəcək.
Lalə Nəsirova