ÜZÜCÜ XƏBƏR! Xərçəng olan azərbaycanlı məhşurun VƏZİYYƏTİ AĞIRLAŞDI

ÜZÜCÜ XƏBƏR! Xərçəng olan azərbaycanlı məhşurun VƏZİYYƏTİ AĞIRLAŞDI
Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun vəziyyəti ağırdır.

Sfera.az
bildirir ki, bunu AzNews.az-a diktorun həyat yoldaşı Səbinə Hüseynova deyib. Onun sözlərinə görə, Rafiq Hüseynov dünən gecə reanimasiyadan palataya köçürülüb:

"Rafiqin vəziyyəti çox ağırdır. Ürək bulanması çoxdur, qusma halları dayanmır. Həkimlər deyir ki, gərək bir neçə gün keçsin. Sonra müalicənin gedişinə baxacaqlar”.

Səbinə Hüseynova qeyd edib ki, Rafiq Hüseynovun bağırsaqlarında şiş əmələ gəlib: "Şiş bağırsaqlarına kimi yayılıb. Həkimlər əməliyyat zamanı bağırsaqlarının yarısını kəsib. İndi bütün ümidlər Allahadır”.

Qeyd edək ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, bir neçə il öncə Türkiyədə əməliyyat olunub.

ÜZÜCÜ XƏBƏR! Xərçəng olan azərbaycanlı məhşurun VƏZİYYƏTİ AĞIRLAŞDI

OXŞAR XƏBƏRLƏR