Özbəkistanda pensiya yaşı çatmış qadınların işdən çıxarılması qadağan edildi

Özbəkistanda pensiya yaşı çatmış qadınların işdən çıxarılması qadağan edildi


Özbəkistanda ağır sahə və peşələrdə qadın əməyindən istifadəyə qoyulmuş qadağa mayın 1-dən ləğv olunur. Bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.


 

Qüvvədə olan Əmək Məcəlləsi çətin şəraitdə və yeraltı qazıntılarda qadın əməyindən istifadəni qadağan edir. Qadağan olunan siyahıda 44 iş sahəsi, o cümlədən dağ-mədən, neft-qaz müəssisələri, qara metalurgiya, tikinti və quraşdırma işləri və digər sahələr var. Özbəkistan Prezidenti bu siyahının əvəzinə qadın sağlamlığına mənfi təsir göstərən sahə və peşələrin yeni siyahısını hazırlamaq tapşırığını verib.

 

Sənədə əsasən, müəssisə rəhbərinin təşəbbüsü ilə pensiya yaşlı və yaşı 60-a çatan qadınlarla əmək müqaviləsinin pozulması qadağan edilir. Fərmanda qeyd edilir ki, qadınların hüquqlarının pozulması ilə bağlı məhkəmə işlərində zərif cinsin hüquqlarını müdafiə edən vəkillərin xərci dövlət tərəfindən ödənilir.


OXŞAR XƏBƏRLƏR