Zavodda güclü PARTLAYIŞ: 1 ölü, 5 yaralı
18:41 / 09.08.2016
1428
İranın Şiraz şəhərində zavodda baş vermiş partlayış nəticəsində 1 fəhlə həlak olub, 5 nəfər isə xəsarət alıb.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə buxar generatorunun partlaması nəticəsində baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdı.
Faktla bağlı araşdırma aparılır.