Zaurun verilişində qadın müğənniyə BAHALI hədiyyə - Qiymətini müəyyən edə bilmədilər - VİDEO

Zaurun verilişində qadın müğənniyə BAHALI hədiyyə - Qiymətini müəyyən edə bilmədilər - VİDEO
Xəzər TV-də yayımlanan "5-də 5” verilişində müğənni Afət Fərmanqızı üçün göndərilən hədiyyə hər kəsi təəccübləndirib.

 

Sfera.az xəbər verir ki, hədiyyə çəhrayı rəngli royalın içərisinə düzülmüş və ortasında "A” yazılmış şəkildə göndərilib.

 

Zaur hədiyyənin kimin üçün göndərildiyini soruşanda müğənni dərhal ona gəldiyini deyib. Aparıcı Zaur isə bunun əvvəlcədən müğənni tərəfindən düşünülmüş şəkildə təşkil edildiyini bildirib və hədiyyənin ona göndərildiyini hardan bildiyini soruşub. Müğənni Afət Fərmanqızı isə "Allah haqqı, xəbərim yoxdur” deyib:


"Möhtəşəm… 1400 güldür. Sən qiymətini soruşdun? Mən bilmirəm. Yalandan şayiə burxamışdın ki, Afət özünə gül alır. Mən əziyyətlə oxuyub özümə belə gül alaram? Gərək 5 toy oxuyam ki, bu gülləri ala biləm. Bizə iki sevgili baxır, onlara təşəkkür edirəm, bunu onlar göndərib. Keçən dəfə də mənə buna bənzər başqa sürpriz etmişdilər, çünki bu dəsti-xətt onlarındır”.

 

Daha sonra Zaur həmin güllərə verilən məbləği maraqlanıb. Afət Fərmanqızı 1111 qızıl üçün 15 min manat verildiyini desə də, aparıcı onunla razılaşmayıb. Təxmini aydın olub ki, güllər üçün 5 min manatdan çox pul xərclənib.


Qeyd edək ki, müğənninin geyindiyi paltarda bir məqam da diqqəti cəlb edib. Belə ki, paltarın bel hissəsi o qədər dar və düz olub ki, müğənninin bu bədən quruluşuna malik olması üçün karsetdən istifadə etdiyi aşkar görünüb.


Sfera.az verilişdən olan görüntüləri təqdim edir:

 



OXŞAR XƏBƏRLƏR