Zaurun oğlundan ŞOK ADDIM - Atasının bank kartından pulları çəkərək ... - FOTO
09:25 / 04.12.2018
5617
Zaur Kamal aparıcısı olduğu "5/5"də azyaşlı oğlunun ona vurduğu külli miqdarda ziyandan danışıb.
Sfera.az xəbər verir ki, aparıcı efirə hirsli başlayıb.
Zaur qəzəbli olmağının sirrini efir vasitəsi ilə açıqlayıb:
"Bu gün çox əsəbləşdim. İndi də əsəbiyəm. Ümumiyyətlə, "uşaq nədir, fişəng nədir?" məsələi var, düzdür. Uşağı çox da ərköyün böyütmək lazım deyil. İndiki zamanda hansı atadan soruşuram, deyir uşağa sözlə tərbiyə verirəm.
ILAN
facebook.com
Daha ətraflı
Native Video by Adributor
Bu gün kartdan bizim uşaq 800 manat pul çıxardıb. İnternetdə oyun kartlarıdı nədi, nə bilim. 49 dollar bir, 59 dollar bir, 70 dollar bir. Toplam 800 manatlıq. Alışmayım neyləyim?! İndi gedəndə görüm mənə nə cavab verəcək?"
Qeyd edək ki, Zaurun Bartu və Rüstəm adlı iki oğlu var.
Milli.Az