Zaurdan efirdə biabırçı səhv - VİDEO

Zaurdan efirdə biabırçı səhv - VİDEO
Əməkdar mədəniyyət işçisi, aparıcı Zaur Baxşəliyev canlı efir zamanı kobud səhvə yol verib.

Sfera.az BAKU.WS-yə istinadla verdiyi məlumatına görə, Z. Baxşəliyev aparıcısı olduğu "BizimləSən" verilişində bilərəkdən və ya bilməyərəkdən Azərbaycanda qaraciyər transplantasiyasının mümkün olmaması barədə yalan məlumat verib. O, Azərbaycanda qaraciyər və ürək transplantasiyasının mümkün olmadığı üçün çox təəssüfləndiyini qeyd edib: "Mən çox təəssüf edirəm ki, bu gün qaraciyərin, ürəyin köçürülməsi ilə bağlı ümidimizi xaricdə axtarırıq. İnşallah əminəm ki, elə bir gün gələcək ki, necə ki, böyrək transplantologiyası üçün heç yerə getmirik, Azərbaycandayıq, Respublika Diaqnostika Mərkəzindəyik, eyni zamanda, qaraciyərlərdə, ürəklərdə də getməyəcəyik. İnanın buna, bu müddət çox azdır. Hamı Azərbaycanda qalacaq. Bu, həm büdcə, həm maliyə baxımından çox önəmli rəqəmlərdir, biləsiniz. 125 min dollar hardasa 200 min manatadək pul edir. Bunlar niyə xaricə getməlidir ki... Qoy elə Azərbaycan da qalsın da, deyilmi? Ən azından məbləğlər aşağı olacaq". Məlumat üçün bildirək ki, Azərbaycanda qaraciyər transplantasiyası illərdir həyata keçirilir. Statistika Komitəsinin məlumatına görə, təkcə son beş ildə Azərbaycanda ümumi olaraq 991 orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib. Ümumi orqan köçürülməsi əməliyyatlarının 70 faizini böyrək köçürülməsi təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir.
 
]

OXŞAR XƏBƏRLƏR

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...