Zaurdan diqqət çəkən JEST - Hələ belə edən olmamışdı
09:58 / 10.01.2019
4333
Aparıcı Zaur Kamal verilişinə gələn tamaşaçılara etdiyi jesti ilə diqqətləri üzərinə çəkib.
Milli.Az xəbər verir ki, aparıcı havaların soyumağa başladığını, bu səbəbdən Xəzər telekanalına axşam saatlarında gəlib-getməyin problem olacağını nəzərə alaraq maraqlı təklif irəli sürüb.
Zaur canlı yayımda tamaşaçıların rahat gediş-gəlişini təşkil etmək üçün rəhbərlikdən iki avtobus ayırmasını xahiş edəcəyini bildirib:
"Axşam 9-dan sonra hava çox sərt olacaq. Bilmirəm necə gedəcəksiniz. Rəhbərlikdən xahiş edim sizə iki avtobus ayırsın, onunla gedin, gəlin. Qışdır da".
Onun bu fikri hər kəsin alqışı ilə qarşılanıb.
Sfera.az